Oktyabrın 4-də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İran səfiri Abbas Bədəxşan Zohurini qəbul etdi. Bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb.
Görüş zamanı tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərinə toxunublar. İranın Çabahar limanının əhəmiyyəti həm bölgə, həm də Ermənistan-İran iqtisadi əlaqələri, xüsusən Syunikin inkişafı baxımından xüsusilə vurğulandı.
Hər iki tərəf Meğri Azad iqtisadi zonası və "Şimal-Cənub" yol dəhlizi çərçivəsində əməkdaşlığı davam etdirməyə hazır olduqlarını yüksək qiymətləndirdi.
Tərəflər Ermənistan-İran gündəmində olan bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Səfir Abbas Bədəxşan Zohuri Tehranın qardaş və dost Ermənistanla münasibətləri ən yüksək səviyyədə inkişaf etdirməyə çalışacağını vurğulayıb.