Ermənistanın Baş naziri Nikol Paşinyan Litvanın Baş naziri İnqrida Şimonite ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.
Nikol Paşinyan qeyd etdi ki, regional kommunikasiyaların açılması çox vacibdir.
“Biz məmnuniyyətlə qeyd edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri faktiki olaraq öz fəaliyyətlərini gücləndirdilər. Qeyd etməliyəm ki, Nyu-Yorkda Ermənistan və Azərbaycanın XİN rəhbərlərinin görüşünü yüksək qiymətləndirirəm. Biz Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağa hazır olduğumuzu bildirdik. Hərbi əsirlərin və əsirlikdə olan digər şəxslərin vətənə qayıtması məsələsi də çox vacibdir”,- Paşinyanq eyd etdi.