Paris bələdiyyə başçısı Ann İdalgo yazıb ki, Fransa Dağlq Qarabağ Respublikasını tanıya bilər.
İdalgo öz “Twitter” mikrobloqunda məşhur fransız filisofu, yazıçısı Bernar-Anri Levinin Le Point-da dərc olunmuş “Fransa Dağlıq Qarabağ Respublikasını tanıya bilər” adlı məqaləsini yerləşdirib və yazıb: “Mütləq razıyam, Fransa Dağlq Qarabağ Respublikasını tanıya bilər”.
Yeri gəlmişkən, İdalgo gələn il keçiriləcək seçkilərdə Fransa prezidentliyinə namizəd olmaq niyyətindədir.