Tehranda İran və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib. Hüseyn Əmir Abdullahian bildirib ki, Ermənistan və İran arasındakı əlaqələr konstruktivdir və inkişaf edir.
Son 20 gündə iki ölkənin xarici işlər nazirləri üç dəfə görüşüblər: Düşənbədə, Nyu-Yorkda və Tehranda. O, siyasi əlaqələrə əlavə olaraq, bu əlaqələrin iqtisadiyyat, turizm və ticarət sahələrində genişləndirilməsi üçün razılıq əldə edildiyini qeyd edib.
“İki ölkə arasında kommunikasiya marşrutlarının və tranzit yolların bərpası ilə bağlı proqram hazırladıq ki, bu da sürətlə həyata keçiriləcək. Önümüzdəki həftələrdə əlaqələrin bütün sahələrində daha çox aktivlik görəcəyik. Sionistlərin və terrorçuların Cənubi Qafqazda olması bizi ciddi narahat edir.
Biz yüksək səslə bəyan edirik ki, xarici ölkələrin İranın qonşuları ilə, o cümlədən Ermənistanla əlaqələrə təsir etməsinə icazə verməyəcəyik. Regional böhranları, o cümlədən koronavirus böhranının sona çatmasını nəzərə alaraq, bölgəmizin xurafatlara dözməyəcəyini bəyan etməliyik. Bölgədəki bütün ölkələr bölgənin problemlərinin xaricilərin müdaxiləsi olmadan həll edilməli olduğu qənaətinə gəlməlidir", - deyə İranın xarici işlər naziri qeyd edib.