ER Baş naziri Nikol Paşinyan Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşüb.
Prezident ER Baş nazirinin Litvaya etdiyi səfərini alqışladı və bu səfərin ikitərəfli və çoxtərəfi münasibətlərin inkişafına və dərinləşməsinə təkan verəcəyini qeyd etdi. O, iki ölkə hökumətləri arasında əməkdaşlığın iqtisadi və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
ER Baş naziri öz növbəsində iqtisadi sahədə əlaqələrin dərinləməsinə və ticarət dövriyyəsinin genişlənməsinə yönəlmiş addımlara əhəmiyyət verib.
Görüş zamanı Aİ Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığa, Aİ tərəfindən Ermənistan üçün nəzərdə tutulan 2.6 milyard avroluq paketin səmərəli istifadəsinə, Cənubi Qafqazda baş verən proseslərə də toxunulub.
Litva prezidenti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ATƏT-in Minsk qrupu həmsədrliyinin səylərinə dəstəyini ifadə etdi.