Litvanın Baş naziri İngrida Şimonite Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib ki, Litva gələcəkdə də Ermənistanın dostu olmağa hazırdır.
“Ölkələrimiz arasında çoxdan dostluq münasibətləri mövcuddur. Bu il diplomatik əlaqələrimizin qurulmasının 30 illiyini qeyd edirik. Tezliklə paytaxtlarımız arasında birbaşa uçuşlar keçiriləcək, bu da xalqlarımza bir-birini daha yaxından tanımağa imkan verəcək, əlaqələrimizi daha da dərinləşdirməyə davam edəcəyik”,-deyə Şimonite qeyd etdi.