Milliyyətçi Gənclər Təşkilatının Ali Şurasının dörd üzvünün bu gün, oktyabrın 1-də Bakının bir sıra polis idarələrinə çağırılaraq cərimələndiyi bildirilir.
Azərbaycan mediasında yayılmış məlumata görə, bu barədə həmin gənclər təşkilatından bildirilib. Verilən məlumata görə, gənclər bir gün əvvəl, sentyabrın 30-da İranın Bakıdakı səfirliyi önündə etiraz aksiyasına görə 100 manat cərimə ediliblər. Sosial şəbəkələrdə də yayılan fotolara görə, sentyabrın 30-u gecə saatlarında səfirliyin önünə müxtəlif rənglərdə aftafalar qoyulub.
Son vaxtlar Azərbaycan və İran arasında müəyyən gərginliklər müşahidə edilir.