Oktyabrın 1-də ER müdafiə naziri Arşak Karapetyan Hindistanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Kişan Dan Devalı qəbul edib.
Kişan Dan Deval, iki ölkə arasındakı yüksək siyasi, mədəni, iqtisadi və digər əlaqələri nəzərə alaraq, Hindistan tərəfinin müdafiə sahəsində də Ermənistanla əməkdaşlığı dərinləşdirməyə hazır olduğunu söyləyib.
Ermənistan Respublikasının müdafiə naziri Hindistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq doğuran bir sıra sahələri, xüsusən də hərbi-texniki sahəni vacib hesab edib.
Ermənistan-Hindistan hərbi əməkdaşlığının səmərəliliyini artırmaq üçün peşəkar işçi qruplarının fəaliyyətinin intensivləşdirilməsi barədə razılıq əldə edilib.