BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycan tərəfindən bir-birinə qarşı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulması ilə bağlı müraciətlərinə dair 14-19 oktyabr tarixlərində dinləmələr təyin edib.
Pandemiya ilə əlaqədar olaraq dinləmələr hibrid formatda keçiriləcək. Haaqa məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, 14-15 oktyabr tarixli dinləmələrdə Ermənistanın ilkin tədbirlərin tətbiq edilməsi tələbi müzakirə olunacaq, 18-19 oktyabr dinləmələrində isə Azərbaycanın da oxşar tələbi müzakirə olunacaq.
Xatırladaq ki, Ermənistan sentyabrın 16-da BMT-nin Beynəlxalq Ədliyyə Məhkəməsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyaya uyğun olaraq məhkəməyə başlamışdır.