Oktyabrın 1-də Ermənistanın müdafiə naziri Arşak Karapetyan Müdafiə Nazirliyinin inzibati kompleksində İran İslam Respublikasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.
Görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik Bəhmən Sadıqin də iştirak edib.
Görüşdə ER müdafiə naziri bölgədəki vəziyyəti təqdim edib, İranın regional təhlükəsizliyin təmin edilməsindəki rolunu vurğulayıb.
Tərəflər, həmçinin Ermənistan-İran əməkdaşlığının dərinləşdirilməsi və regional məsələlərlə bağlı digər məsələləri müzakirə ediblər.