Sentyabrın 29-da Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts konqresmen Adam Şiflə onlayn görüş keçirdi. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Səfir konqresmenə Ermənistana və erməni xalqına göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdi.
Lilit Makunts 44 günlük müharibədən sonra yaranan təhlükəsizlik məsələlərini təqdim edərək, bu kontekstdə ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli ilə bölgədə davamlı sülhün bərqərar olacağını vurğuladı.
Konqresmen Şif Ermənistanın qarşısında duran təhlükəsizlik və humanitar problemlərin öhdəsindən gəlmək üçün səylərini davam etdirməyə hazır olduğunu bildirib.
Həmsöhbətlər Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin qeydsiz-şərtsiz vətənlərinə qaytarılmasının vacibliyini vurğuladılar.