İran İslam İnqilabının Müdafiəçiləri Korpusunun Təbriz bölgəsindəki komandiri, polkovnik Hüseyn Puresmaili İlham Əliyevin İranla bağlı açıqlamalarına reaksiya verdi. Bu barədə Mehrnews yazır.
“Sionist rejimin İrana qarşı təhdidlərinin təkrarlanması nəinki Bakının xeyrinə deyil, həm də varlığı üçün təhlükədir. Müasir tarix, ABŞ-a və sionist rejimə güvənən liderlərin başına nələr gəldiyini göstərdi”