İran Silahlı Qüvvələrinin Quru Qoşunları oktyabrın 1-də ölkənin şimal-qərb bölgəsində təlimlərə başlayacaq. “İsna” agentliyi xəbər verir ki, bu barədə İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.
Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.
Heydəri qeyd edib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılması və hərbi texnikanın sınaqdan keçirilməsidir.