Tvinninq proqramının Yunanıstan tərəfinin rəhbəri Eleni Kanelopulunun başçılıq etdiyi nümayəndə heyəti ilk dəfə olaraq Ermənistanda səfərdədir və sentyabrın 30-da Tsitsernakaberd Xatirə Kompleksini ziyarət etmişdir. Qonaqları ER parlamentinin Avropaya İnteqrasiya Daimi Komitəsinin sədri Arman Yeğoyan müşayiət etmişdir.
Nümayəndə heyətinin üzvləri aoyqırım qurbanlarının xatirəsini ehtiramla yad edərək çiçəklər qoyublar.
Nümayəndə heyətinin üzvü, Yunanıstan parlamentinin üzvü Elefterios Papadopulos qeyd edib:
“Bu, Erməni Soyqırımı muzeyinə ilk səfərimdir. Babam İstanbuldan mühacirət etdi və burada bu faktları görəndə şoka düşdüm. Ümid edirəm ki, gələcək nəsillər soyqırımların qarşısını almaq üçün əllərindən gələni edəcəklər ”.