Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədri olaraq BMT Baş Assambleyası çərçivəsində Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin başladığı danışıqların davam etdirilməsinə necə töhfə verə biləcəyini nəzərdən keçirəcək.
ABŞ-nin Ermənistandakı səfiri Lin Treysi həmsədrlərin iştirakı ilə Nyu-Yorkda Mirzoyanla Bayramov arasında baş tutan dialoqu konstruktiv qiymətləndirdi.
“Bölgədə sülhü təmin edəcək hərtərəfli bir həll olmalıdır. Ermənistan-Türkiyə münasibətlərinə gəlincə, tərəflər buna hazır olmalıdırlar və bu halda, Amerika Birləşmiş Ştatları barışıq və dialoq səylərinə dəstək verməyə hazır olacaqdır. Hazırda vəziyyət hələ aydın deyil”,-səfir qeyd etdi.