Ermənistanın İrandakı səfirliyi Facebook səhifəsində
“jamejamonline.ir” qəzetində dərc olunan məqaləni paylaşıb. Məqalədə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində İran haqqında səsləndirdiyi ittihamlara cavab verilir.
Qeyd edək ki, İ. Əliyev müsahibəsində “Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə?” sual etmişdi.
Məqalədə qeyd olunur:
• Ermənistanın Bakı və Ankara kimi İran sərhədləri ilə bağlı boş xəyalları yoxdur.
• Ermənistan Azərbaycandan fərqli olaraq İsrailin müttəfiqi deyil.
• Ermənistan Atropatenada Azərbaycan Respublikası kimi muzdlu-separatçılar şəbəkəsi yaratmadı.
• Ermənistan İranı ticarət yollarından çıxartmaq niyyətində deyil.