Ermənistan vətəndaşları hər gün Hökumətin gördüyü tədbirlərin həyatlarına təsirini hiss etməlidirlər. Bunu ER Baş naziri Nikol Paşinyan Hökumət iclasında bildirib.
Paşinyan qeyd edib ki, 2022-ci il büdcəsi üç əsas prioritetə əsaslanır: təhlükəsizlik sisteminin islahatı, infrastrukturun inkişafı, təhsilin və elmin modernləşdirilməsi.
“Təhlükəsizliyə böyük diqqət yetirəcəyik, onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün olmayacaq. Bu mənada ordunun müdafiə qabiliyyətini modernləşdirmək və Ermənistan ətrafında əlverişli xarici mühit yaratmaq vacibdir. Ermənistan, Artsax və region üçün dinc inkişaf dövrünün açılması gündəmdə olan vacib məsələdir”,-Baş nazir vurğuladı.
Paşinyan bu baxımdan regional iqtisadi və nəqliyyat infrastrukturunun yenidən açılmasının və inkişafının vacibliyini də qeyd etdi.