Sentyabrın 30-da ER Parlamentinin sədrinin müavini Hakob Arşakyan Rusiya Federasiyasının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkini qəbul edib.
Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə toxunulub.
Rusiyanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirən Hakob Arşakyan, 44 günlük müharibədən irəli gələn humanitar problemlərin təcili həll edilməsi məsələsini qaldıraraq vurğulayıb ki, 9 noyabr üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan hərbi əsirləri və digər saxlanılan şəxsləri dərhal geri qaytarmalıdır.
Səfir öz növbəsində qeyd edib ki, bu məsələ Rusiya hakimiyyətinin diqqət mərkəzindədir.