Birləşmiş Krallıq ATƏT-in Minsk qrupu həmsədrliyinin formatı Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə təsirli yol hesab edir. Bunu “Lurer”-ə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı səfiri Con Galager 44 günlük müharibədən bir il sonra yaranmış vəziyyətə və ER suveren ərazisinə qarşı Bakının ambisiyalarına toxunurkən deyib.
“Birləşmiş Krallığın mövqeyi hər iki tərəfi bir-biri ilə danışmağa, danışıqlar masasına oturmağa təşviq etməkdir. Düşünürük ki, ATƏT-in Minsk qrupu həmsədrliyinin formatı münaqişənin həlli üçün yeganə effektiv yoldur”,- səfir vurğuladı.