Sentyabrın 29-da ER xarici işlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndə heyətinin rəhbəri Tiery Riboyu qəbul etdi.
Görüş zamanı həmsöhbətlər Artsaxda yaradılan humanitar problemlərin həlli üçün BQXK-Ermənistan arasında olan əməkdaşlıq və gördüyü işlər barədə fikir mübadiləsi apardılar.
Ermənistan xarici işlər naziri Azərbaycanda saxlanılan erməni əsirlərin və mülki girovların dərhal və qeyd-şərtsiz geri qaytarılmasının vacibliyini vurğuladı.
Qeyd olunub ki, Azərbaycan çoxlu sayda əsirin olması faktını inkar edir və bu, Azərbaycanın əsirlərə qarşı ağır cinayətlər törətdiyinə dair şübhələr üçün ciddi əsaslar yaradır.
Ararat Mirzoyan onu da qeyd etdi ki, Artsaxda beynəlxalq təşkilatların humanitar missiyası üçün süni əngəllər yaradılmamalı və məsələ siyasiləşdirilməməlidir.