Sentyabrın 29-da Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir. Görüşün gündəliyinə iki ölkənin beynəlxalq əməkdaşlığının ən mühüm məsələləri daxil edilib․
Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı Recep Tayyip Erdoğanla görüşdə Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzinin işindən məmnunluğunu dilə gətirib.
O qeyd edib ki, Mərkəz fəal və səmərəli işləyir.
Onun fikrincə, bu əməkdaşlıq sabitliyin və tərəflərin barışığa yönəlmiş gələcək addımlar üzrə mövqelərinin razılaşdırılmasının ciddi zəmanətidir.
Daha əvvəl Kreml bildirib ki, qarşıdakı müzakirələrin əsas mövzuları Ankara ilə Moskva arasında siyasi və iqtisadi əməkdaşlıq məsələləri olacaq. Dövlət başçıları Suriya, Liviya, Əfqanıstan və Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.