Sentyabrın 24-28-də Ermənistan Respubliaksında KTMT kollektiv təhlükəsizlik sisteminin qüvvələrinin, idarəetmə vasitələrinin və qüvvələrinin operativ və döyüş hazırlığının birgə tədbirləri planında nəzərdə tutulmuş "GROM-2021" təlimləri keçirilib.
Əməliyyatın aktiv mərhələsi sentyabrın 28-də ER Müdafiə Nazirliyinin "Marşal Bağramyan" poliqonunda keçirilib.
Hərbi təlimlər KTMT Birgə Qərargahı Katibliyinin iştirakı və əməkdaşlığı ilə keçirilib.
Təlimlərdə KTMT baş katibinin müavini Valeri Semerikov, ER polis rəisi Vahe Qazaryan, ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, Baş Qərargah rəisi Artak Davtyan, fövqəladə hallar naziri Andranik Piloyan, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan, bölmə rəhbərləri və komandirlər iştirak edirdilər.