Sentyabrın 29-da ER Xİ naziri Ararat Mirzoyan Bolqarıstanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kalin Anastasovu qəbul edib.
Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Ararat Mirzoyan və Kalin Anastasov ticarət-iqtisadi sahədə qeydə alınan müsbət dinamikanı, iki ölkənin paytaxtları arasında birbaşa uçuşun açılması istiqamətində aparılan işi vacib hesab edib, həmçinin əməkdaşlığın daha da inkişafı üçün İqtisadi və elmi-texniki məsələlər üzrə Ermənistan-Bolqarıstan hökumətlərarası komissiyasının rolunu qeyd ediblər.
Ermənistan Respublikasının xarici işlər naziri və Bolqarıstan səfiri Şərq Tərəfdaşlığı çərçivəsində Ermənistan-Aİ tərəfdaşlığının və əməkdaşlığının daha da inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Görüş zamanı Azərbaycanın Artsaxa qarşı başlatdığı təcavüz nəticəsində yaranan humanitar məsələlərə toxunulub.
Hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.