ABŞ konqresmeni Adam Şif “Facebook” səhifəsində Azərbaycanın Artsaxa qarşı başlatdığı 44 günlük müharibəsinin ildönümü ilə əlaqədar yazı qeyd edib.
Konqresmen xüsusilə qeyd edib ki, müharibə humanitar böhrana səbəb oldu, Azərbaycan qüvvələri Artsaxda günahsız mülki əhalini hədəf aldı, öldürdü, on minlərlə insanı didərgin saldı.
“Atəşkəs razılaşmasına baxmayaraq, Azərbaycanın Artsaxa və Ermənistan xalqına qarşı təcavüzü davam edir. Onlarla erməni hərbçi qanunsuz olaraq saxlanılır və işgəncələrə məruz qalır. Eyni zamanda, Dağlıq Qarabağda davam edən təhdidlər səbəbindən minlərlə günahsız vətəndaş hələ də risk altındadır.
İndi hər zamankindən daha çox, bölgəni azad etmək və sülh gətirmək üçün əlimizdən gələni edəcəyimiz öhdəliyi bir daha təsdiqləməliyik. Biz Azərbaycandan bütün əsirləri və saxlanılan mülki vətəndaşları qeyd-şərtsiz geri qaytarmağı tələb etməyə davam etməliyik.
Biz Bayden administrasiyasını ABŞ-ın Əliyev rejiminə yardımdan imtina etməsinə və sülh prosesini intensivləşdirməsinə çağırmağa davam etməliyik. Biz gələcəkdə də Ermənistanda və azad, müstəqil Artsaxda demokratiyanı dəstəkləməliyik və daha da gücləndirməliyik.
Mən həmişə Ermənistan və Artsax xalqının yanında olacağam”.