Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycana səfər edəcək. Bu barədə Gürcüstanın Bakıdakı səfirliyindən bildirilib.
Qaribaşvili iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.
Səfər çərçivəsində Azərbaycanın Baş naziri, Milli Məclisin sədri və digər rəsmi şəxslərlə görüşlər planlaşdırılır.