Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Bakıya birgünlük səfər edəcək.
Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Qaribaşvili iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.
Onun Azərbaycan prezidenti, baş nazir və parlamentin spikeri ilə görüşləri gözlənilir.