AŞPA payız sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin humanitar nəticələrinə dair qətnamə qəbul etdi. Qətnamənin məqsədi münaqişənin humanitar məsələlərə təsirlərinin aradan qaldırılmasına kömək etməkdir.
Ermənistan nümayəndə heyətinin üzvü, deputat Nazeli Bağdasaryan çıxış edib və Azərbaycanın başladığı müharibə və onun nəticələrinə toxunub.
“Yüzlərlə erməni əsiri bir ildir Azərbaycanda girov saxlanılır. Təəssüf ki, onların sayı hələ də bəlli deyil, çünki Azərbaycan hakimiyyəti əsirlərin dəqiq sayını açıqlamır”, - deyə o qeyd edib.
N. Bağdasaryan qeyd edib ki, Azərbaycan son aylar ərzində dəfələrlə hüquqi prosedurlardan sui-istifadə edib, beynəlxalq hüququn tələblərindən yan keçib və erməni hərbi əsirləri mühakimə edib.
“Bir daha vurğulayırıq ki, əsirlik günündən asılı olmayaraq, Azərbaycanda saxlanılan bütün erməni hərbçilər, o cümlədən mülki şəxslər, hazırkı vəziyyətlərində hərbi əsirlərdir.
Azərbaycanda hələ də qanunsuz olaraq yüzlərlə insan əsir saxlanılır. Ən qısa müddətdə onlar müəyyən edilməli, qorunmalı və geri qaytarılmalıdır.
Beynəlxalq cəmiyyət, insan haqları təşkilatları diktator Əliyevi bütün erməni hərbi əsirlərini dərhal azad etməyə məcbur etməlidir", - deyə erməni deputat vurğulayıb.