BMT Baş katibi Antonio Qutereş dünyanın müxtəlif yerlərində davam edən silahlanma yarışından və silah bazarının artmasından narahatdır.
Bunu brifinq zamanı onun rəsmi nümayəndəsi Stefan Düjarrik, Qutereşin Avstraliya, Böyük Britaniya və ABŞ-nin yeni təhlükəsizlik müqaviləsi (AUKUS) ilə əlaqədar olaraq münasibəti ilə bağlı suala cavab olaraq bildirib.