Artsax Ombudsmanı Geğam Stepanyan məlumat verdi ki, Artsax mülki şəxslərinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülməsi ilə bağlı hesabatın yenilənmiş versiyası dərc edildi.
Hesabatda 2020-ci ilin 27 sentyabrından 2021-ci ilin 27 sentyabırına qədər Artsax Ombudsmanı Ofisinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən Artsaxın mülki yaşayış məntəqələrini hədəf alaraq işğal etməsi nəticəsində öldürülən mülki vətəndaşların sayı ilə bağlı araşdırma işləri nəticəsində toplanan məlumatların yekunları əks olunub.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürülən 80 mülki şəxsin kimliyi dəqiqləşdirilib. Azərbaycan Silahlı Qüvvələrinin uzun məsafəli raket zərbələri, bombardmanlar və təxribatçı qrupların açdığı atəşindən 42 mülki şəxs həlak oldu.
Azərbaycan əsirliyində və ya nəzarəti altında olan 38 mülki şəxs fiziki zorakılıq, bıçaqlanma, baş kəsmə, yaxın məsafədən atışma və digər metodlarla öldürüldü. Öldürülən 80 mülki vətəndaşdan 68-i kişi, 12-si qadındır.
Hesabat müvafiq beynəlxalq təşkilatlara göndərildi.