2021-ci ilin yanvar-avqust aylarında Ermənistanda iqtisadi aktivlik indeksi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 4,9% artıb. Statistika Komitəsinin açıqladığı məlumatlara görə, sənaye istehsalının həcmi 1%, tikintinin həcmi 7,3%artmışdır.
Yanvar-avqust aylarında ticarət dövriyyəsi 7,1%, xidmət sektorunda isə 5,3%artmışdır.
2021 -ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 6,4%, sənaye məhsulu qiymət indeksi 9,8% artıb və elektrik enerjisi istehsalının həcmi 1,5% azalıb.
Bu ilin yanvar-avqust aylarında xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,7% artmışdır.
Ermənistandan ixrac 21,8%, idxal 7,7% artıb.