Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşməyi planlaşdırmır. Bu barədə iki ölkənin xarici işlər nazirləri arasında görüş ehtimalı ilə bağlı sualını cavablandıran Çavuşoğlu vurğulayıb. "Xeyr, belə bir planım yoxdur".
Çavuşoğluya görə, Ankara "hazırda atılan və gələcəkdə planlaşdırılan bütün addımları” Bakı ilə əlaqələndirmək niyyətindədir.