Fransanın Ermənistandakı səfirliyi bu səhər, saat 11:00-da ötənilki qanlı münaqişə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.
“Ölənlərin və yaralıların ailələrinə səmimi başsağlığımızı və dəstəyimizi veririk.
Fransa münaqişənin həlli və Cənubi Qafqazdakı vəziyyəti sabitləşdirmək məqsədi ilə ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində tərəflər arasında dialoqun bərpası üçün səylərini əsirgəməyəcək",-Fransanın Ermənistandakı səfirliyinin bəyanatında qeyd olunub.