Ermənistanda son sutka ərzində 6606 test aparılıb, yeni növ koronavirus (COVID-19) infeksiyasına 1066 yoluxma halı qeydə alınıb, 586 nəfər sağalıb.
Dünən 23 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5239 nəfərə yüksəlib. Xəstədə koronavirus infeksiyası olduğu, lakin başqa bir xəstəlik səbəbilə öldüyü 2 ölüm hadisəsi qeydə alınıb. Belə halların ümumi sayı 1201-dir.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 257620 nəfərə çatıb.
Koronavirusa yoluxan 239113 nəfər sağalıb. Hazırda 12067 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1 682 804 test aparılıb.