Sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borel ilə görüşüb.
Tərəflər Ermənistan-Aİ tərəfdaşlığının dinamik inkişafından məmnun olduqlarını bildiriblər.
Tərəflər regional sabitlik və təhlükəsizlik məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar. 44 günlük müharibədən sonra ortaya çıxan humanitar problemlərin həlli kontekstində Ararat Mirzoyan, Azərbaycanda saxlanılan erməni əsir və mülki girovların qeyd-şərtsiz geri qaytarılması məsələsinin vacibliyini və bu məsələnin siyasiləşdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Görüş zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh prosesi ilə rəsmi və hərtərəfli həllinin zəruriliyi vurğulanıb.
Bölgədə gərginliyi azaltmaq, təhlükəsizlik və sabitliyi təmin etmək üçün hər iki tərəfin səy göstərməsinin vacibliyini vurğulanıb.