BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində keçirilən nazirlər toplantısında ER xarici işlər naziri Ararat Mirzoyan çıxış etdi.
Ermənistan XİN başçısı çıxışda qeyd edib ki, COVID-19 epidemiyası hər bir ölkəyə ciddi təsir göstərdi, iqtisadi tərəqqiyə maneə oldu və həm bölgədə, həm də dünyada təhlükəsizlik mühitini pozdu.
“Qlobal epidemiya şəraitində Azərbaycanın Dağlıq Qarabağa və xalqına qarşı başlatdığı müharibə humanitar fəlakətə səbəb oldu. Bu gün də Azərbaycan Artsaxa humanitar missiyaların girişinə maneə olur, mülki əhalini humanitar yardımdan məhrum edir.
Alyansın əsas məqsədlərindən biri "beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar və insan haqlarını qorumaq və inkişaf etdirmək" olduğundan, bütün üzvləri Dağlıq Qarabağ xalqının hüquqlarını və erməni hərbi əsirlərin qaytarılmasını təmin etmək üçün nəinki Azərbaycana təzyiqləri artırmağa, həm də ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli yolunda səylərini dəstəkləməyə çağırırıq”,- Mirzoyan qeyd etdi.