Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri Peeka Haavisto Olavi ilə görüşüb.
Ermənistan və Finlandiyanın xarici işlər nazirləri birgə səylərlə Ermənistan-Finlandiya əməkdaşlığını daha da inkişaf etdirməyə hazır olduqlarını bildirdilər.
Bölgənin sabitliyi və təhlükəsizliyi ilə bağlı məsələlərə toxunan ER xarici işlər naziri vurğuladı ki, regional sabitlik və təhlükəsizliyin bərqərar olması üçün atəşkəs rejiminin qorunması, Azərbaycanda hələ də saxlanılan əsirlərin və mülki şəxslərin tez və qeyd-şərtsiz geri qaytarılması, eləcə də anti-erməni ritorikasından imtina etməsi vacibdir.
Ararat Mirzoyan, həmçinin münaqişənin hərtərəfli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin bərpasının zəruriliyini vurğuladı.