Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ermənistan Respublikasının Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik məktubu göndərib. Məktubda deyilir:
“Cənab Baş nazir,
Ermənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümünü ürəkdən təbrik edirəm. Erməni xalqı uğurlu, müstəqil bir dövlət qurmaq üçün bir çox çətinliklərlə dolu uzun yol keçdi. Bütün çətinliklərə baxmayaraq, inanıram ki, erməni xalqı gələcəkdə də müstəqil, demokratik və qüdrətli bir dövlət qurmağa davam edəcək.
Bölgənin geosiyasi dinamikası, mövcud çağöırışları ölkələrimiz arasında əməkdaşlığı həm ikitərəfli, həm də regional baxımdan daha əhəmiyyətli edir. Bu qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirməyə hazır olduğumu bildirmək istəyirəm.
Əminəm ki, ölkələrimiz üçün vacib olan məsələləri müzakirə etmək üçün çox imkanlarımız olacaq.
Qardaş erməni xalqımıza sülh, uğurlar, xeyirxahlıq, tərəqqi və firavanlıq arzulayıram".