Sentyabrın 22-də BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorkda olan ER xarici işlər naziri Ararat Mirzoyan Fransanın xarici işlər naziri Jan İv Lı Drian ilə görüşüb.
Tərəflər Ermənistan-Fransa münasibətləri, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
44 günlük müharibənin yaratdığı humanitar məsələlərə və Dağlıq Qarabağ münaqişəsinin həll perspektivlərinə toxunulub. Nazir Mirzoyan Azərbaycanda saxlanılan erməni əsirlərin və girov götürülmüş mülki şəxslərin mümkün qədər tez vətənə qaytarılmasını xüsusi vurğulayıb.
Hər iki tərəf ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin bərpasının zəruriliyini qeyd edib.