Ermənistanda son sutka ərzində 5823 test aparılıb, yeni növ koronavirus (COVID-19) infeksiyasına 939 yoluxma halı qeydə alınıb, 592 nəfər sağalıb.
Dünən 19 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 5200 nəfərə yüksəlib. Xəstədə koronavirus infeksiyası olduğu, lakin başqa bir xəstəlik səbəbilə öldüyü 4 ölüm hadisəsi qeydə alınıb. Belə halların ümumi sayı 1197-dir.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 255648 nəfərə çatıb.
Koronavirusa yoluxan 237855 nəfər sağalıb. Hazırda 11396 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1 669 977 test aparılıb.