Sentyabrın 22-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın xarici işlər naziri Zbignev Rau ilə görüşüb.
Regional təhlükəsizlik və sabitlik məsələlərinə toxunan nazir Mirzoyan, Azərbaycanın Artsax xalqına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üçün atılan addımları təqdim edərək, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin vətənə qaytarılmasının vacibliyini vurğulayıb.
Nazir Mirzoyan həmkarının diqqətini Artsaxın erməni tarixi və mədəni irsinin qorunmasına və bu məsələyə müvafiq beynəlxalq təşkilatların cəlb edilməsinə yönəldib.
Hər iki tərəf ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin bərpasının zəruriliyini qeyd edib.