BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Ermənistanın xarici işlər naziri Ararat Mizroyan sentyabrın 22-də Avstriyanın xarici işlər naziri Aleksandr Şalenberq ilə görüşüb.
Ararat Mirzoyan, ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Avstriya tərəfinin mövqeyini yüksək qiymətləndirib.
Tərəflər mədəni irsin qorunması məsələsini də müzakirə ediblər. Ararat Mirzoyan qeyd edib ki, 44 günlük müharibə nəticəsində Azərbaycanın nəzarəti altına keçən ərazilərdə Artsaxın erməni mədəni və dini irsini tamamilə məhv olmaq təhlükəsindən qorumaq üçün beynəlxalq ictimaiyyətin təcili diqqətinə ehtiyacı var.