ER Parlamentinin prezidenti Alen Simonyan Avropa İttifaqının Ermənistan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, Avropa İttifaqının səfiri Andrea Viktorini qəbul etdi.
Alen Simonyan qeyd etdi ki, Avropa İttifaqı ilə tərəfdaşlığın inkişafı Ermənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.
Parlament rəhbəri, AB-nin verdiyi əhəmiyyətli dəstəyə (2,6 milyard avro) görə təşəkkür etdi.
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının hazırkı mərhələsinə toxunublar. Hər iki tərəf qeyd etdi ki,münaqişə ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında həll olunmalıdır.
Bu çərçivədə regional sabitlik və təhlükəsizliyin gücləndirilməsi məsələləri müzakirə edildi. Görüş zamanı Azərbaycan silahlı qüvvələrinin bölmələrinin Ermənistan Respublikasının suveren ərazisinə qarşı həyata keçirdikləri təxribatçı hərəkətlərə toxunulub.
Tərəflər parlament əməkdaşlığının intensivləşdirilməsinə yönəlmiş proqramların həyata keçirilməsini müzakirə ediblər.