Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Grigoryan bildirib ki, bu gün İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohurini qəbul edib.
"Ermənistan-İran əlaqələrinin əhəmiyyətini qeyd edərək vurğuladıq ki, yüksək və ən yüksək səviyyəli görüşlərin intensivliyi iki ölkə arasında əlaqələrin inkişafını və səmərəli əməkdaşlığı sübut edir.
Səfir Zohuri qeyd edib ki, Ermənistan-İran münasibətləri son illərdə nəzərəçarpacaq dərəcədə keyfiyyət dəyişikliyinə məruz qalan uğurlu bir əməkdaşlıq modelidir. Hər iki tərəf keçən il əhəmiyyətli dərəcədə artan ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu vurğuladı.
Səfir Zohuri İranı Ermənistanla birləşdirən infrastrukturun istifadəsi ilə bağlı yaranan problemlərə dair narahat olduğunu bildirdi.
İranı Ermənistanla birləşdirən infrastrukturun fasiləsiz işləməsinə toxunaraq vurğuladım ki, Ermənistan bu məsələnin iranlı tərəfdaşları üçün həssas olduğunu dərk edir və həmçinin məsələnin tez bir zamanda həllini vaib hesab edir.
Hindistandan Şimal dənizinə yük daşımaları məsələsinə toxunaraq, ikimiz də İranın Çabahar limanının əhəmiyyətini vurğulayaraq, eləcə də Ermənistanın bu yolda güclü halqa olduğunu qeyd etdik.
İki ölkə arasında təhlükəsizlik, iqtisadi və enerji sahəsində əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı məsələləri də müzakirə etdik”- deyə Armen Grigoryan qeyd edib.