İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Ermənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib.
“Sevindirici haldır ki, son illərdə iki qonşu ölkə - İran İslam Respublikası və Ermənistan Respublikası arasında qarşılıqlı faydalı münasibətlər irəliləmiş, kəmiyyət və keyfiyyət baxımından inkişaf etmişdir. Bununla birlikdə, yeni regional və qlobal şərtlərə əlavə olaraq, iki ölkənin böyük potensialı ikitərəfli əlaqələrin dərinləşməsinə daha böyük təkan vermişdir və daha əvvəl əldə edilən razılaşmaları həyata keçirməyin, səylərin iki qat artırılmasının, yeni əməkdaşlıq sahələrinin kəşf edilməsinin və iki ölkə arasında, xüsusilə nəqliyyat və enerji sahəsində struktur əlaqələrinin gücləndirilməsinin vacibliyini əlavə edib”- deyə mesajda deyilir.
O qeyd edib ki, hər iki ölkənin müvafiq orqanlarının səyləri sayəsində regional təhlükəsizlik və sabitliyin bu yeni mərhələsində əhəmiyyətli nailiyyətləri, eləcə də iki dost xalqın maraqlarının möhkəmləndirilməsini qeyd etmək mümkün olacaq.