Lilit Makunts Ermənistan Respublikasının ABŞ-dakı səfiri vəzifəsinə başlayandan qısa müddət sonra artıq Ermənistan-Amerika münasibətlərinə yeni təkan vermək üçün addımlar atır. O, bunu "Al Arabiya" nəşrinə müsahibəsində deyib. 37 yaşlı səfir qeyd edib ki, “biz müharibədən sonra həm psixoloji, həm də iqtisadi baxımdan hələ də sağalırıq".
Azərbaycanın 2020-ci ildə Artsaxa qarşı başlatdığı müharibədən, Ermənistan-Azərbaycan probleminin həllindən danışan Makunts, bunun ən yaxşı yolunun Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi ATƏT-in Minsk qrupu olduğunu qeyd etdi.
Səfir, ABŞ Dövlət Departamentinin İkinci Artsax Müharibəsi ilə əlaqədar verdiyi açıqlamaya da istinad edərək, əsirlərin geri qaytarılması tələbinə əhəmiyyət verdi.
“1994-cü ildə [Birinci Artsax müharibəsində] qalib gəldiyimiz zaman bütün əsirləri geri qaytardıq. Qəribədir ki, onlar (red. - Azərbaycan) erməni hərbi əsirlərini saxlamağa davam edirlər”,-Makunts qeyd etdi.
O vurğuladı ki, Azərbaycan tərəfinin hərəkətləri nəticəsində bir çox erməni köçkün vəziyyətinə düşüb və hazırda Ermənistan hökuməti məcburi köçkünlərə yardım göstərmək üçün qanunlar hazırlayır.
“Ermənistan öz demokratiyası ilə fəxr edir. Müharibədən sonra dünyanın böyük paytaxtlarında diplomatik səylərimizi artırmağa qərar verdik. Bizim yeganə arzumuz sülhdür. Heç vaxt heç bir ölkəyə hücum etməmişik, belə bir şey planlaşdırmırıq”,səfir vurğuladı.