Sentyabrın 21-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Yerevanda "Tashir" şirkətlər qrupunun təsisçisi və sədri, xeyriyyəçi Samvel Karapetyan ilə görüşdü. Bu barədə məlumatı Artsax Respublikasınım Hökuməti yaydı.
Görüş zamanı sosial-iqtisadi sahə ilə bağlı məsələlər müzakirə olunub. Samvel Karapetyan qeyd etdi ki, “Taşir” qrupu keçmişdə olduğu kimi hazırda da Artsax erməniləri yanındadır və Artsaxın dirçəlişi üçün geniş miqyaslı layihələr həyata keçirməyi planlaşdırır.
Görüşdə Artsax Respublikasının Prezident Administrasiyasının sədri Karen Şahramanyan da iştirak etdi.