Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ermənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Ermənistan Respublikasının Prezidenti Armen Sargsyana və Baş naziri Nikol Paşinyana təbrik məktubları göndərdi.
Kreml rəhbəri qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən Aİİ, KTMT və MDB çərçivəsində sıx əməkdaşlıq yaradılıb.
“Ermənistanla münasibətlər yaxşı dostluq ənənələrinə, mədəni və dini yaxınlığa əsaslanır. Bu əlaqələrin müttəfiqlik ruhunda daha da inkişaf edilməsi, şübhəsiz ki, qardaş xalqlarımızın əsas maraqlarına uyğundur”,- Rusiya Prezidenti qeyd etdi.