Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Ermənistan Respublikasının Müstəqilliyinin 30-cu ildönümü münasibətilə Baş nazir Nikol Paşinyana təbrik məktubu göndərdi.
O qeyd etdi ki, dostluq, tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanan Rusiya-Ermənistan münasibətləri bütün istiqamətlərdə inkişaf edir.
“Ticarət-iqtisadi və investisiya əməkdaşlığı gücləndirilir, birgə enerji, sənaye-nəqliyyat infrastrukturu layihələri uğurla həyata keçirilir.
Əminəm ki, hökumətlərin fəal işi praktiki əməkdaşlığın daha da möhkəmlənməsinə, Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya əməkdaşlığının dərinləşməsinə kömək edəcək.
Sizə, əziz Nikol Vovayeviç, möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətinizdə uğurlar, bütün Ermənistan vətəndaşlarına isə xoşbəxtlik, firavanlıq arzulayıram",- məktubda qeyd olunub.