Ermənistanda son sutka ərzində 4537 test aparılıb, yeni növ koronavirus (COVID-19) infeksiyasına 494 yoluxma halı qeydə alınıb, 390 nəfər sağalıb.
Dünən 18 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 51614 nəfərə yüksəlib. Xəstədə koronavirus infeksiyası olduğu, lakin başqa bir xəstəlik səbəbilə öldüyü 1 ölüm hadisəsi qeydə alınıb. Belə halların ümumi sayı 1193-dür.
Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 254436 nəfərə çatıb.
Koronavirusa yoluxan 236968 nəfər sağalıb. Hazırda 11114 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir. İndiyədək 1.660.016 test aparılıb.