Sentyabrın 21-də bütün ermənilər Ermənistan Respublikasının Müstəqillik Gününü qeyd edirlər. Ermənistanın İstiqlal Bəyannaməsi 1990-cı ilin avqustun 23-də Ali Şuranın iclasında qəbul edilib.
1991-ci ilin sentyabrın 21-də Ermənistanda SSRİ-dən ayrılma ilə bağlı referendum keçirildi. İştirak etmək hüququna malik olan 2.056.758 vətəndaşın 94.39%-i müstəqilliyə "hə" dedi. Sentyabrın 23-də referendumun nəticələrini yekunlayaraq Ermənistan Respublikasının Ali Soveti Ermənistan Respublikasını müstəqil dövlət elan etdi.